Ceyhun Bayramovun Türkiyəyə səfəri başlayıb
23.02.2021

Bu gün videokonfrans şəklində Azərbaycan və Monqolustan Xarici İşlər Nazirlikləri (XİN) arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən Visiontv.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Monqolustan xarici işlər nazirinin müavini Minxjin Batsumber iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub.

Azərbaycan xarici işlər nazirinin müavini bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, üçtərəfli bəyanatlardan irəli gələn tədbirlərin həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verib.