Ceyhun Bayramov Azərbaycan xanımlarını təbrik etdi
08.03.2021

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik edib.

Visiontv.az xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.

“Bu əlamətdar gündə bütün qadınları təbrik edir, ilk növbədə torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən igidlərimizin analarına və həyat yoldaşlarına təşəkkür edir, onlara can sağlığı diləyirik”, – XİN rəhbəri təbrikdə bildirib.