“Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü keçirilib
13.01.2022

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq “Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü Gəncə şəhər 39 nömrəli tam orta məktəbdə baş tutub.

Layihənin növbəti qonağı  Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Respublika dərəcəli hakim, Şahmat üzrə Beynəlxalq Usta, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi və hal- hazırada Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Asif Həsənov olmuşdur.

Məktəblilərlə görüş ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır. Tədbiri Baş İdarənin sektor müdiri Rəşad Əlizadə açaraq qonaqları salamlamış və Çempionumuz sosial idman layihəsinin mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat vermişdir . Sonra çıxış üçün söz verilən Gəncə şəhər 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev çıxış edərək, belə tədbirlərin keçirilməsinin təqdirə layiq hal olduğunu qeyd etmiş və gələcəkdə belə tədbirlərin davamlı olmasını arzulamışdır.

Daha sonra Asif Həsənov çıxış edərək, öz idman həyatı və idmana necə gəlməsi barədə şagirdlərə məlumat vermiş, şagirdlərə idmanla məşğul olmağı,pis vərdişlərdən uzaq durmağı tövsiyə etmiş və onları maraqlandıran suallara ətraflı cavab verib. Tədbirin sonunda Asif Həsənovun fəaliyyəti haqqında videoçarx şagirdlərə təqdim olunmuşdur.

Visiontv.az