Cəlilabadda ağır yol qəzası olub, ölən və yaralanan var
05.02.2023

Fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi "MAZ" markalı avtomobillə qarşıdan gələn "Ford" markalı avtomobil toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Visiontv.az-a verilən xəbərə görə, nəticədə "Ford" markalı avtomobilin sürücüsü İ.Quliyev xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin N.Məmmədov isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

APA