Çavuşoğlu və Lavrov Münhendə görüşəcəklər
14.02.2020

Fevralın 16-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək.

Visiontv.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, XİN başçıları arasında görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Görüş zamanı nazirlər Suriya və Liviyada baş verənləri müzakirə edəcəklər.