Cavuşoğlu: “Türkiyə və Rusiya prezidentlərinin İdliblə bağlı danışıqları davam edəcək”
10.02.2020

“İdlibdə atəşkəsə təcili riayət edilməlidir. Bu gün rusiyalı heyətlə olan növbəti toplantıların nəticələrinin necə olacağına baxacağıq. Nəticələr müsbət olmasa, Rusiya və Türkiyə liderlərinin bu razlaşmanı əldə edənə qədər danışıqlarının davam edəcəyi gözləınilir”.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Sloveniyanın Xarici İşlər naziri Miro Cerar ilə birgə keçirilən mətbuat konfransında İdliblə bağlı sualı cavablandırarkən belə deyib.

Mövlud Çavuşoğlu İdlibdə atəşkəsin təmin olunması ilə əlaqədar Türkiyə və Rusiya prezidentlərinin, eləcə də rusiyalı həmkarı Sergey Lavrovla son danışıqlarını xatırladaraq, bildirib ki, əgər bu mövzuda müttəfiqləri Soçi razılaşmasını pozmasaydı, bu toplantılara da ehtiyac qalmazdı.