22.09.2019
Axtar
Sağlıq-səhiyyə
alt

Cavan qalmaq üçün bunları edin - Mütəxəssislər tövsiyə edir

İnsanların qocalma sürəti genetikadan (20%) və həyat tərzindən asılıdır.

Həyat tərzində müəyyən dəyişikliklər etməklə orqanizmin qocalmasını ləngitmək mümkündür. Bu hansı dəyişikliklərdir?

- Fiziki aktiv olun!

Fiziki aktivlik orqanizmdə gedən metabolik proseləri, qan dövranını yaxşılaşdırır ki, bu da orqanizmin ümumi vəziyyətinə çox müsbət təsir edir. Sübüt olunub ki, hərəkətli insanlar daha gec qocalır.

- Pis vərdişlərdən imtina edin!

Siqaret və spirtli içkilər hüceyrə səviyyəsində təsir edərək orqanizmdə qocalma proseslərini sürətləndirir, bir çox xroniki xəstəliklərin riskini artırır.

- Şəkərin istehlakının azaldın!

Visiontv.Az saglamolun.az-a istinadən bildirir ki, İngiltərə və Almaniya genetiklərinin fikrinə görə, şəkər orqanizmi ən çox qocaldan maddədir. Şəkər dərini dartılmış və hamar edən kollagen liflərini zədələyir ki, dəri daha tez qocalır, üzərində qırışlar əmələ gəlir.

- Ədviyyatlardan daha tez-tez istifadə edin!

Bütün ədviyyatlar cavanlaşdırıcı xüsusiyyətlərə malikdir. Bu xüsusilə çili bibərinə aiddir. Alimlər sübut edir ki, çilinin tərkibində olan kapsaisin maddəsi orqanizmə ümumi möhkəmləndirici təsir edir, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır, mikrob əleyhinə təsir edir.

- Streslərdən uzaq durun!

Amerika alimləri sübut edib ki, insan nə qədər az əsəbiləşirsə, bi o qədər gec qocalır. Xroniki stress zamanı insan orqanizmində stress hormonlarının səviyyəsi daim artmış olur ki, bu da ürək-damar, sinir, hormonal və digər sistemlərə ziyan vurur. Xroniki stress insanın xarici görünüşünə də çox mənfi təsir edir.

- Pozitiv düşünün!

Həyata ümidlə baxan, pozitiv düşünən insanlar daha gec qocalır. Həmçinin alimlərin fikrinə görə, pozitiv düçüncə insanın immun və ürək-damar sistemini möhkəmləndirir.

Şərh