“Can Azərbaycanla birlikdə 30 illik işğaldan sonra Qarabağı azadlığına biz qovuşdurduq”
“Can Azərbaycanla birlikdə 30 illik işğaldan sonra Qarabağı azadlığına biz qovuşdurduq”
23.05.2023 MEDİA Tərəfindən

“Can Azərbaycanla birlikdə 30 illik işğaldan sonra Qarabağı azadlığına biz qovuşdurduq.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter hesabında etdiyi paylaşımda qeyd edib. 

Prezident Ərdoğan bildirib:

"Türkiyə kimi vətənimiz, Türkiyə kimi yuvamız olduğu üçün Allaha nə qədər şükür etsək azdır. Türkiyə çərkəzi, tatarı, qaqauzu, albanı, pomakı, bosniyalısı, türkməni, Ahıskası, özbəyi, uyğuruyla tarix boyu dara düşın hər bir qardaşına təhlükəsizlik və rifah yurdu oldu.”
“Harada bir vətəndaşımız, soydaşımız varsa oradayıq” devizi ilə Rumelidən Qafqaza qədər heç bir qardaşını boynu bükük buraxmadıqlarını ifadə edən Ərdoğan, tarixi, dili, mədəniyyəti, inancı bir olan bütün ölkələrlə yenidən qucaqlaşdıqlarını qeyd edib. 

Türk Dövlətləri Təşkilatını yaradaraq Türk Cümhuriyyətləri ilə əlaqələri daha da gücləndirdiklərini vurğulayan Ərdoğan, "Can Azərbaycanla birlikdə 30 illik işğaldan sonra Qarabağı azadlığına biz qovuşdurduq” deyə bildirib. 

https://twitter.com/RTErdogan/status/1660894178161639425?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1660894178161639425%7Ctwgr%5E52d34fa2bf7bc483dd3c1275eb492197df5e2f6c%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.aa.com.tr%2Ftr%2Fgundem%2Fcumhurbaskani-erdogan-yuzyillik-hasretin-ardindan-evlad-i-fatihanin-kalbini-yeniden-fethettik%2F2903809

İlahə Əliyeva