Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Hazırkı mərhələdə Fordodakı yanacaq zənginləşdirmə zavodu zərər görməyib", - o yazıb.
Bundan əlavə, R.Qrossi qeyd edib ki, İsfahandakı nüvə obyekti də zərər görməyib: "İran hakimiyyəti ilə əlavə əlaqələr təsdiqləyir ki, İsfahandakı nüvə obyekti zərər görməyib".
Qeyd edək ki, İsrail hücumun bu mərhələsində İranın nüvə obyektlərini yox, yüksək səviyyəli rəsmiləri və İranın sürətli cavab hücumu etməsinin qarşısını almaq üçün raket və raket yanacağı mərkəzlərini hədəf alıb.
visiontv.az