Bürclər bu gün nə vəd edir?
11.11.2019

Visiontv.az bu günə olan bürc yorumlarını təqdim edir.

Qoç
Ən çətin işləri həll edə biləcəksiniz. Mənasız məsələlərə çox vaxt sərf etməyin. Xarici görüşünüzü dəyişməkdən çəkinməyin. Sizinlə bərabər ailənizin istifadə edəcəyi əşyalar ala bilərsiniz.

Buğa
Inadkar olmanız kiçik problemlər yarada bilər. Səbirli olmağa çalışın, çünki nəticə faydalı olacaq. Intuisiyanız çox güclüdür. Səyahətə çıxmaq üçün elverişli gündür.

Əkizlər
Maddi gəlir gözlənilir. Uzun zamandır sizi narahat edən maliyyə probleminizi həll edəcəksiniz. Həyatınızda yeni başlanğıc etmək üçün məhsuldar zamandır.

Xərçəng
Xırda anlaşılmazlıqlar yaşayacaqsınız. Məmnun olmadığınız hər hansı situasiyanı qaydasına salmazdan əvvəl çox diqqətli hərəkət edin. Hər addımınızı düşünməkdə fayda var. Yalnız bu yolla məqsədinizə çatarsınız.

Şir
Baş verənlərə görə məsuliyyət daşımanız bir sıra çətinliyə səbəb olur. Lakin günün sonlarına doğru səhvlərinizi düzəldə biləcəksiniz. Hər hansı bir görüşə getmək üçün günün ikinci yarısı daha münasibdir.

Qız
Tələskən olmayın. Maraqlı tanışlıqlar və görüşlər üçün uğurlu gündür. Intuisiyanız sizə nəyi necə etməyi diqtə edəcək. Həyat potensialınız yüksək olacaq.

Tərəzi
Uğurlu gündür. Doğru qərarlar qəbul edəcəksiniz. Işlərinizin çox olmasına baxmayaraq, köməyə ehtiyacı olan dostlarınıza yardım etməyə imkan tapacaqsınız. Maddi gəlirinizin olacağı da istisna deyil.

Əqrəb
Işbirlikləri qurmaq üçün uğurlu ərəfədir pozitiv gündür. Professional sahədə müsbət dəyişikliklər gözlənilir. Gələcəkdə sizə köməyi toxunacaq insanlarla tanışlıqlar mümkündür. Sevdiyiniz insanın xoş sözlərə ehtiyacı var.

Oxatan
Bu gün sizin üçün bir qədər çətin olacaq. Şəxsi münasibətlərlə bağlı mühüm qərarlar qəbul etmək olar. Yaradıcı potensialınız yüksəkdir. Yeni ideyalarınız yaranır.

Oğlaq
Qarşı cinsin xoş sözlərinə və dost dəstəyinə ehtiyacınız olacaq. Nüfuzlu şəxslərlə görüşdən çəkinin. Çünki bu gün qarşıya qoyduğunuz məqsədə çatmaq uğrunda səhvlər etmə ehtimalınız var.

Dolça
Mühüm işgüzar məsələləri həll etmək üçün əlverişli gündür. Irimiqyaslı işbirlikləri qurmaq, yeni müttəfiqlər qazanmaq üçün uğurlu gündür. Romantik görüşləriniz ürəkaçan olacaq.

Balıqlar
Maliyyə məsələlərində çox diqqətlisiniz, səhvlərə yol vermirsiniz. Yeni, romantik tanışlıqlar mümkündür. Sevgilinizi sevindirmek şansınız olacaq.