22.011.2019
Axtar
Bürclər
alt

Bürclər 6 noyabra nə vəd edir?

Visiontv.az 6 noyabra olan bürc yorumlarını təqdim edir.

Qoç
Səhhətiniz korlana bilər. Xroniki xəstəlik özünü xatırladacaq. Fiziki əməklə məşğul olmayın. Gün evdə sakit istirahət üçün yararlıdır. Çətin durumda olanlara yardım edəcəksiniz. Ailə üzvləri və ya dostlar üçün hədiyyə ala bilərsiniz.

Buğa
Gün pozitiv başlanğıcla açılacaq, əhəmiyyətli nəticələr əldə edə bilərsiniz. Bu günkü yükünüz az olmayacaq, amma siz onların öhdəsindən gələcəksiniz. Çoxdan qalan problemi həll etmək şansınız da yaranacaq. Ən yaxın ətrafın çətin vəziyyətdən çıxmasına yardımçı olacaqsınız.

Əkizlər
Boş yerə vaxt itirməyin. Ətrafdakılarla aranızda fikir ayrılığı ola bilər. Məsrəfləriniz gözlədiyinizdən çox ola bilər. Şəxsi müstəvidə vəziyyət yaxşı olacaq. Imiclə bağlı eksperimentlər aparmağa dəyər, ekstravaqant geyimlə daha da yaxşı görünəcəksiniz.

Xərçəng
Iş, karyera və pulla bağlı məsələlərin müzakirəsi üçün əlverişli gündür. Böyük məbləğli alış-veriş üçün münasib gün deyil. Məişət texnikası almaq üçün bu günü planlaşdırmayın. Çünki bu gün alınan texniki vəsait faydasız olacaq.

Şir
Illüzaiyalarınızın əsiri olacaqsınız. Maliyyə ilə bağlı işlərə bu gün girişməyin. Etibarınıza layiq olmayan adamları özünüzə cəlb edəcəksiniz. Bu baxımdan təmasda olarkən diqqətli olun. Axşam ailə üzvlərinin əhatəsində olun.

Qız
Günün birinci yarısı xoş keçəcək. Bir neçə saat ərzində bir çox faydalı işlə məşğul olacaqsınız. Yaxınlara problemlərini həll etməyə yardım edəcəksiniz. Ehtimal ki, gəliriniz olacaq. Alış-verişə çıxmaq olar.

Tərəzi
Yeni layihələrə girişməyin. Xüsusilə də əsaslı maliyyə vəsaiti tələb edən işlərə baş qoşmağınız məsləhət deyil. Bu gün kosmetika, parfüm, ümumiyyətlə, özünə qulluq üçün vəsaitlərin alınması baxımından uğursuz gündür. Gün yer dəyişmək, təmir işlərinə başlamaq üçün də əlverişsiz gündür.

Əqrəb
Bir sıra xırda çətinlikləri nəzərə almasaq, ümumilikdə uğurlu gündür. Problemləri tez həll edəcəksiniz. Bu gün liderlik xüsusiyyətləriniz qabarıq şəkildə büruzə verəcək. Ətrafdakıları haqlı olduğunuza asanlıqla inandıra biləcəksiniz. Maliyyə işlərinin həlli üçün əlverişli gündür.

Oxatan
Gərgin və narahat gündür. Bilirisiniz ki, bu gün baş verən çətinliklıər elə də ciddi xarakter daşımır. Qadınlarla dil tapmaq asan olmayacaq. Bugünkü alış-veriş uğursuz olacaq. Şəxsi müstəvidə hansısa qərarın verilməsi üçün də münasib gün deyil.

Oğlaq
Günün birinci yarısında imkanlarınızı düzgün qiymətləndirməyəcəksiniz. Xarici vətəndaşlarla təmasdan və ya uzaq səfərə çıxmaqdan qaçın. Günün ikinci yarısı daha xoş keçəcək. Gizli saxladığınız arzunun reallaşdırmaq şansınız olacaq.

Dolça
Fantaziyanızdan faydalana bilərsiniz. Çünki ağlınıza gəlmədiyi bir zamanda onları reallaşdıra biləcəksiniz. Yolda problemlər çıxa bilər. Çünki plansız şəkildə pul xərcləyəcəyiniz gözlənilir. Qarderobda, imicdə dəyişiklik etmək məsləhətdir.

Balıqlar
Asan gün olmayacaq. Özünüzü ələ ala bilməyəcəksiniz. Çalışın hisslərinizi və arzularınızı özünüz üçün aydınlaşdırasınız. Spirtli içkidən uzaq durun. Gün boyu nəyəsə nail olmaq üçün ilk növbədə daxili aləminizi balanslaşdırmalısınız.

Şərh