Buraxılış imtahanında 2 şagird ən yüksək bal topladı - VİDEO
Videonu Aç
18.05.2019

Buraxılış imtahanında 2 şagird ən yüksək bal topladı - VİDEO

Aprelin 7-də 11cisinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında 2 abituriyent ən yüksək nəticə göstərib. Onlar təqdim edilən 85 suala düzgün cavab verərək, 300 bal toplayıblar. Hər iki abituriyenteyniliseyin məzunlarıdır.

Rəşad Alpaşayev və Surxay Hasilov aprelin 7-də keçirilmiş buraxılış imtahanında ən yüksək nəticə olan 300 bal toplayıblar.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları olan abituriyentlər onlara təqdim edilən bütün suallara düzgün cavab verərək maksimum nəticə əldə ediblər.

Surxay Hasilov deyir ki, yüksək nəticə toplayacağını ehtimal edirdi. O, qəbul imtahanının ikinci mərhələsində də maksimal nəticə göstərəcəyinə ümid edir. Surxayın sözlərinə görə, topladığı bal onun üçün bir stimuldur. İmtahanda verilən sualların səviyyəsindən danışan abituriyent deyir ki, ingilis dili fənnindən dinləmə tipli suallar ilk dəfə təqdim edilməsinə baxmayaraq, onları asanlıqla cavablandırmaq mümkün oldu

12 mayda keçirilmiş qəbul imtahanlarında IV ixtisas qrupu üzrə iştirak edən Surxay deyir ki, gələcəkdə həkim olacaq, amma spesifik istiqaməti ali təhsili dövründə seçəcək

Digər abituriyent Rəşad Alpaşayev da deyir ki, bu nəticə onun üçün gözlənilən olub. Çünki imtahanlara çox yaxşı hazırlaşıb və sualları cavablandırarkən diqqətli olub. Rəşad da mayın 12-də 4-cü ixtisas qrupu üzrə imtahanlarda iştirak edib.

Qeyd edək ki, 11-ci sinif sagirdləri üçün 7 apreldə keçirilmiş buraxılış imtahanının, yəni qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub. 14, 21 və 28 aprel tarixlərində keçirilmiş imtahanların nəticələri də mərhələ-mərhələ elan olunacaq.