Bunlar bu qafa, bu zehniyyətlə 30 ilə yaxın "Ermənistan" adlı dövləti idarə ediblər - Bəybala Mirzəyev
Bunlar bu qafa, bu zehniyyətlə 30 ilə yaxın "Ermənistan" adlı dövləti idarə ediblər - Bəybala Mirzəyev
04.06.2021 Bəybala Mirzəyev Tərəfindən

Serj Sarkisyan: “Niyə kiməsə dəhliz verməliyik?“...

Düşmən ölkənin keçmiş prezidenti və Xocalı qatili Serj Sarkisyan yenə "gül" ağzını açıb və ənənəvi düşmənçilik ritorikası ilə danışaraq, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq verməməli olduğunu bildirib.

Sitat:

“Bu dəhlizdən xəbərdar deyiləm. Heç kimə dəhliz verə bilmərik. Niyə də verməliyik?! Bölgədəki kommunikasiyaların açılması üçün heç bir problem yoxdur. Başqa hansı dəhliz var? Yəni onlara bir dəhliz verməyə borcluyuq? Hansı sənədlə? Hansı razılaşma ilə? Nə üçün? Bir dəhlizdən danışarkən, hansı dəhlizin, kimin nəzarəti altında olacağı sual doğurur. Ərazimizin bir hissəsini necə ayıra bilərik?! Bu haqda heç bir söhbət ola bilməz".

Gördüyünüz kimi açıqlamasının əvvəlində S.Sərkisyan özünü gic yerinə qoyur və guya Zəngəzur dəhlizindən xəbərdar olmadığını söyləyir. Onun bu hərəkəti ənənəvi erməni hiyləgərliyindən və xəbisliyindən başqa bir şey deyil.

Biz də bu "adam"ın suallarını elə onun özünə və bütün ermənilərə yönləndirə bilərik. Məsələn, deyə bilərik ki, bəs biz ərazimizin bir hissəsini ayırmağa, sizə Laçın dəhlizini verməyə məgər borcluyuq?!

Ermənistanın ağıllı-ağılsız bütün liderləri başa düşməlidirlər ki, Zəngəzur dəhliziu olmayacaqsa, deməli, Laçın dəhlizi də olmayacaq.  Azərbaycan 3-5 erməniyə görə Laçın torpaqlarının böyük bir hissəsini dəhliz olaraq ayıracaq deyil.

Hazırda Laçın dəhlizinin fəaliyyəti müvəqqəti xarakter daşıyır. Rəsmi İrəvan Zəngəzur dəhlizi mövzusunu qapayacaqsa, rəsmi Bakı da Laçın dəhlizini bağlayacaq.

Ermənilər bizim əvvəlki humanizmimizə arxayın olmasınlar!

Visiontv.az