Büdcəyə əlavə vəsaitlərin daxil olmasının yolu tapılmalıdır-deputat Əli Məsimov
02.06.2020

“Maliyyə və əmlak amnistiyası ilə bağlı görülən işlərin sürətləndirilməsi çox vacibdir”.

Visiontv.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

O bildirib ki, bu istiqamətdə sovet dövründə məlumatların az daxil olmasının səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılmalıdır: “Kim işdən çıxarılırsa, çoxlu pullar, milyonlar çıxır. Büdcəyə əlavə vəsaitlərin daxil olmasının yolu tapılmalıdır”.