Bu videonu Amerika Erməniləri Milli Komitəsi yayıb
Bu videonu Amerika Erməniləri Milli Komitəsi yayıb
20.11.2022 Elbəyi Həsənli Tərəfindən

Materialda ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Bayden Administrasiyasının rəsmilərini ABŞ-ın Qafqaz siyasətinə dair sorğu-suala tutur. Xatırladım ki, Senatının Xarici Əlaqələr Komitəsinə senator Robert Menendez-a rəhbərlik edir. O, erməni əsilli biznes-ledi Nadine Arslanianla 2020-ci ilin oktyabrında evlənib. Amerika erməni lobbisinin lokomotivi kimi tanınır...

Onun suallarına ABŞ Dövlət Katibinin Avropa və Asiya məsələləri üzrə yardımçısı (Assistant Secretary of State for European and Eurasian Affairs) Karen Donfrid və ABŞ-ın ATƏT-ın Minsk Qrupundakı hazırkı təmsilçisi, diplomat Philip Reeker cavablandırır.

Robert Menendez-a Azərbaycana qarşı son dərəcə aqressiv fikirlər səsləndirir, ABŞ-ın Azərbaycana yardımını kəsməyin vacibliyin bildirir, xanım Karen Donfrid isə kübar şəkildə Azərbaycanın müdafiəsinin zəruriliyi ilə bağlı bəzi faktları sadalayır. Azərbaycanın müdafiəsinin Amerikanın dövlət maraqlarından irəli gəldiyini dönə-dönə vurğulayır...

Son dərəcə maraqlı söhbətdir. İlgi göstərənlər baxsın. Mənim bu dialoqdan başa düşdüyüm o oldu ki, ABŞ Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan danışqlarının uğurlu sonluğuna inanır və müsbət nəticəyə nail olmaq üçün tərəfləri ruhlandırmağa çalışır.

Elbəyi Həsənli

visiontv.az