Bu şəxslərə koronavirusa görə birdəfəlik ödəmə verilməyəcək - RƏSMİ
07.04.2020

Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri müəyyənləşib.

VisionTV.az   oxu.az-a istinadən  xəbər verir ki, Nazirlər Kabinetinin bu gün açıqlanan Qərarına görə, Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:  

1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;  

2. əmək pensiyaçılarına;  

3. aylıq müavinət alanlara;  

4. aylıq təqaüd alanlara;  

5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;  

6. işsizlikdən sığorta ödənişi alanlara;  

7. peşə hazırlığına görə təqaüd alanlara;  

8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;  

9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;  

10. əri və ya arvadı bu Qaydanın 1-ci - 8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə.  

Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.