Bu rayonun təhsil şöbəsinin rəisi işdən azad olunub - FOTO
16.05.2020

Goranboy rayon Təhsil Şöbəsinin rəisi Səxavət Məmmədov tutduğu vəzifədən azad edilib.

Visiontv.az xəbər verir ki, bu barədə Səxavət Məmmədovun özü bildirib.

Sabiq şöbə rəisinin sözlərinə görə, tutduğu vəzifədən öz ərizəsi ilə ayrılıb.

"İşdən öz ərizəmlə ayrılmışam. İki dəfə əməliyyat keçirdim və bu gün səhhətimdə problemlər qalır.

Bu səbəbdən özüm ərizə yazdım və işdən ayrıldım.

Hələ ki müalicəmlə məşğulam", - deyə S.Məmmədov bildirib.

BAKU.WS