3.07.2020
Axtar
Gündəlik
alt

STATUS-"Bu qədər məmur tutuldu, biri də zibilliyə pul atmadı"-Zərdabi Abbasov

Baş redaktordan. Dostlar bu gündən Facebook-da dostluğumda olan şəxslərin yazdığı ən maraqlı statusları saytımızda yerləşdirəcəm. İlk olaraq dostumuz Zərdabi Abbasovun statusunu sizinlə bölüşürəm.

Olmuş hadisədir.

Qonşu kəndimizdən bir oğlan Bakıda 8-ci km bazarında araba işlədirdi. Fəhləçilik edirdi. Kənddə ögey qardaşı ilə yola getmədiyindən Bakıya üz tutmuşdu.

Yadınızdadırsa 2005-ci ildə hakimiyyəti zorla ələ keçirməkdə günahlandırılaraq bir çox fəzifəli şəxsləri həbs etdilər. Bir necəsinin adlarını çəkim yadınıza düşsün - Əli İnsanov, Fərhaq Əliyev, Akif Muradverdiyev və s.

Həmin ərəfələrdə onların evlərində də axtarışlar aparılmışdı və küllü miqdarda pul, qızıl-zinət əşyaları aşkarlanmışdı.
Həmin vaxtlar qəhrəmanım axşam çağı bazarda işini bitirib arabani icarəyə götürdüyü yerə təhvil verməyə gedən zaman görür ki, bir qara maşın yol kənarındakı zubil qutularının yanında saxladı, yük yerindən bir bağlama çıxarıb zibil qutusuna atı və sürüb getdı. Qardaş da eləmə tənbəllik özünü çatdırır zibil yeşiyinə. Bağlamanı götürür. Açıb görür bir bağlama dollar.

Arabanı elə ora buraxıb bağlamanı götürüb çıxır yola. Taksi saxladıb onu Tovuzun dağ kəndinə aparmağı xahiş edir. Əlqərəz, taksilərdən biri 100 dollara razılaşır və yola düşürlər. Kəndə səhər tezdən yetişən qəhrəmanımı ögey qardaşı evə qoymayacağını bildirir. Sonra qoltuğundakı bağlamanın dollar olduğunu biləndə hələ bir quzu da kəsir))

Bu hadisə niyə yadıma düşdü?))

Bu qədər məmur tutuldu, biri də zibilliyə beş on paçka pul atmadı ki, hansısa bir kasıb tapıb xoşbəxt ola.

Visiontv.az

Şərh