“Bu qatil və uşaq öldürən rejim”: Ayətullah Əli Xameneyinin bacısı qızı Farideh Moradxani
“Bu qatil və uşaq öldürən rejim”: Ayətullah Əli Xameneyinin bacısı qızı Farideh Moradxani
29.11.2022 MEDİA Tərəfindən

İranın Ali lideri Ayətullah Əli Xameneyinin bacısı qızı, tanınmış hüquq müdafiəçisi gənc qadının polis nəzarətində öldürülməsi ilə alovlanan xalq iğtişaşlarına qarşı zorakılıq nümayiş etdirdiyi üçün xarici hökumətləri Tehranla bütün əlaqələri kəsməyə çağırıb.

Hazırda həbsdə olan Farideh Moradxaninin bu bəyanatı internetdə geniş yayılıb: "Ey azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, bu qatil və uşaq öldürən rejimə dəstəyi dayandırsınlar. Bu rejim heç bir dini prinsipinə sadiq deyil, onlar güc və hakimiyyəti saxlamaqdan başqa heç bir qayda tanımırlar”. “Reuters” agentliyinin xəbərində belə deyilir.

Elbəyi Həsənli

visiontv.az