Bu müğənni dövlətdən 1000 manata yaxın yardım aldı
27.04.2020

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Nazim Pişyari olub.

Visiontv.az xəbər verir ki, Nazim Pişyari “karantin günlərində toylar yoxdursa, müğənnilər necə dolanır?” sualına aydınlıq gətirib:

“Biz müğənnilər vergi ödəyicisiyik. Yəni azad sahibkar sayılırıq. Dövlətimizin bizlərə yardımı oldu. Şəxsən mən bir vergi ödəyicisi kimi 1000 manata yaxın yardım aldım.

Mənim kimi digər həmkarlarım da vergi ödəyicisidirlərsə, onlar da dövlətimiz tərəfindən yardım alıb. Dövlətin azad sahibkarlara dəstəyi var. Kim vergi ödəmirsə, vay onun öz halına”.

BAKU.WS