Bu illər ərzində XİN-nin işini Prezident aparatının Beynəlxalq əlaqələr şöbəsi görüb
Bu illər ərzində XİN-nin işini Prezident aparatının Beynəlxalq əlaqələr şöbəsi görüb
08.02.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Xarici İşlər Nazirliyində geniş tərkibdə iclas keçirilib və kadr islhalatları aparılacağı və xaricdə işi yeni siyasi çağırışlara uyğun olaraq qurulacağı qeyd edilib. Bu illər ərzində XİN fəaliyyəti qənaətbəxş olmayıb, Elmar Məmmədyarov nazirliyi demək olar ki, korrupsiya mənbəyinə və xarici ölkələrdə bir çox səfirliklər və konsullluqları biznes mərkəzinə çevirmişdi. XİN -də yoxlamlar, həbslər bunu göstərdi.

Bu illər ərzində Elmar Məmmədayrovun işi yalnız Minsk qrupu ilə görüşlər keçirmək və mənasız açıqlamar vermək olub. XİN yeni fəaliyyəti Azərbayacan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə Ceyhun Bayramovla başladı.

Ceyhun Bayramov XİN -də geniş tərkibdə iclasda Qarabağ müharibəsindən sonra nazirliyin işini effektiv quracağını, yeni kadrların şəffaflıq şəkildə nazirliyə cəlb edəcəyini qeyd edir. Bu illər ərzində XİN  kadr problemləri var, həmçinin olan kadrlarda öz profillərindən kənar çalışıb. Bu illər ərzində XİN işini  prezident aparatının Beynəlxalq əlaqələr şöbəsi görüb.

Azərbaycanın güclü diplomatiyasının olması xaricdə ölkəmizə qarşı müəyyən siyasətləri neytarllaşdırmaq, Mərkəzi Asiya, Yaxın Şərqlə əlaqələri çevik şəkildə qurmaq, diaspor və lobbi işini gücləndirmək üçün XİN fəaliyyəti səmərəli olmalıdır. Qarabağ müharibəsindən sonra Azərbaycana güclü diplomatik sistem işi qurmaq lazımdır. ABŞ, Avropa ölkələri ilə siyasi münasibətləri, təmsil olunduqları ölkələrdə səfirliklər çevik şəkildə həmin ölkələrin mətbuatından geniş istifadə etməli, erməni lobbisinin Azərbaycana qarşı apardığı informasiya savaşını neytrallaşdırmalıdır. Qarabağ müharibdən sonra Azərbaycan xarici siyasətində yeni bir mərhələ başlayıb. Bu illər ərzində siyasətimiz məhz Qarabağın işğaldan azad edilməsi və leyhimizə qərarların qəbul edilməsi dururdursa,  artıq bu mərhələ bitdi. Xarici ölkələrdə səfirliklərin fəaliyyəti daha da geniş olmalı, Türkiyə ilə birgə kordinasiyalı çalışamaq mütləqdi. Azərbaycana qarşı yeni təhlükələr daima var. Çünki, ölkəmizin yerləşdiyi coğrafiya problemlidir. Rusiya Qarabağda sülhməramlı kontinget kimi yerləşməsinə baxmayaraq probelmlər var. İranın regionda artan fəaliyyəti, Azərbaycanın nəqliyyat və enerji sahəsində  yeni layihələri reallaşdırması yeni təzyiqlərə yol aça bilər. Beynəlxalq münasibətlər sistemində gərginlik, ABŞ -ın Rusiyaya qarşı sanskiyaları, Moskvanın qonşularına qarşı siyasəti, ümumi olaraq qlobal müstəvidə gərginlik regionumuzda ölkəmizə qarşı yeni təhdidlərə yol aça bilər. Ona görə də bir çox ölkələrlə sıx işləməli, xaricdə səfirliklər artıq yeni böhrana uyğun qurulmalıdır.

Azərbaycanın xarici ölkələrdə səfirləri geri çağrılmalı, yeni kadrlarla əvəzlənməlidir. Bu illər ərzində səfirlərin fəaliyyəti Azərbaycanın maraqlarına cavab verməyib. XİN rəhbəri Ceyhun Bayramov yeni kadrlar cəlb edəndə şəxsi və qohumluq əlaqələrinə deyil, bilik və vətənpərvərlik kriteriyalarına üstünlük verəcəyinə ümid edirik. Hərhalda keçirilən iclasda belə bir  mesaj verildi. XİN fəaliyyəti strateji əhəmiyyət daşıyır. Nazirlikdə islahalatlar günün tələbidir.

Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini, politoloq

Visiontv.az