Bu ilki 28 May bayramımız həm də Cümhuriyyəti bizə bəxş edənlərin ruhu qarşısında qürur bayramımızdır
Bu ilki 28 May bayramımız həm də Cümhuriyyəti bizə bəxş edənlərin ruhu qarşısında qürur bayramımızdır
28.05.2021 Hikmət Babaoğlu Tərəfindən

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması beş min illik dövlətçilik tariximizin ən mühüm həlqələrindən birini təşkil edir.

Xalq Cümhuriyyətimizin qurucuları M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.Topçubaşov, N.Yusifbəyli və digər cümhuriyyət qurucularımız olduqca mürəkkəb tarixi şəraitdə böyük qətiiyyət, əzmkarlıq və uzaqgörənlik nümayiş etdirməyi bacararaq xalqımızın dövlət qurmaq istedadını bir daha bütün dünyaya nümayiş etdirdilər. Milli şüurumuzu ümmətçilikdən dövlətçiliyə, dövlətçilikdən cümhuriyyətçiliyə qədər inkişaf etdirərək müsəlman şərqində ilk demokratik dövləti yaratmağa müvəffəq oldular. AXC-nin yradılması dövlətçilik tariximizdə çoxmərhələli bir dövrün başa çatması  bəşər sivilizasiyasının inkişafının  yeni mərhələsində yeni tip dövlət quruculuğu prosesində  milli müstəvidə  yeni dövlətçilik ənənəmizin  başladılması  idi. Xalq Cümhuriyyəti Sovet Azərbaycanının daha sonra isə  müstəqil demokratik Azərbaycanın sələfi  oldu.

Əslində isə bəlkə bir qədər təzadlı səslənsə də dövlətçilik tariximizin son yüz illik tarixində qurduğumuz bu üç dövlət biri digərinin davamı olmaqla  həm də biri digərinin mövcudluğunu şərtləndirdi. Ancaq əsas təməl  şübhəsiz ki, Azərbaycan Xalq Cümhiriyyəti idi. Ona görə də böyük dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan dövlətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi, onun yaranması tarixini rəsmi bayram, 28 May Respublika Günü elan etdi. Biz  bu il ilk dəfədir ki, Respublika Günü bayramımızı ərazi bütövlüyümüzü  bərpa edərək qeyd edirik.

Bu ilki bayram həm də cümhuriyyəti bizə bəxş edənlərin ruhu  qarşısında qürur bayramımızıdr. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Cümhuriyyəti quranlar bu günki Azərbaycanı görsəydilər onunla fəxr edərdilər .Prezident İlham Əliyev bir də qeyd etdi ki, Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Yaşasın qüdrətli, qalib Azərbaycan! 28 May Respublika Gününüz  mübarək olsun dostlar!

Millət vəkili Hikmət Babaoğlu

Visiontv.az