Bu ilin ilk yarısında Azərbaycana 3 mlrd. dollara yaxın birbaşa xarici investisiya yatırılıb
12.09.2024

2024-cü ilin ilk yarısında Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 3 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Kapital repatriasiyası isə 3,4 mlrd. dollar təşkil edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.

"Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar isə cəmi 998 milyon ABŞ dolları (2023-cü ilin eyni dövründə 0,6 mlrd. dollar) olub".