Bu ilin birinci yarısında Azərbaycanda baş verən partlayışlarda 4 nəfər ölüb, 45 nəfər xəsarət alıb
07.08.2020

Bu ilin birinci yarısında Azərbaycanda baş verən partlayışların statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən Visiontv.az-a verilən məlumata görə, 2020-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 43 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu ilin I yarımilliyi ilə müqayisədə 2 hadisə və ya 5% çoxdur.

Baş verən partlayışlar zamanı 4 nəfər ölüb, 45 nəfər xəsarət alıb.