Bu il Azərbaycan Türkiyədən 10 milyon dollarlıq avtobus alıb
23.09.2020

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 10 milyon ABŞ dolları dəyərində avtobus idxal edib.

Visiontva.z xəbər verir ki, bu barədə "Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi" (OIB) məlumat yayıb.

Məlumata görə, 8 ay ərzində Türkiyədən Fransaya 154,8 milyon dollar, Almaniyaya 147,1 milyon dollar, İtaliyaya isə 89,6 milyon dolları dəyərində avtobus ixracı həyata keçirilib.

Report