Bu gün Ramiz Məlikin doğum günüdür
04.08.2020

Bu gün Ramiz Ağarza oğlu Məlikov (Ramiz Məlik) — Azərbaycan teatr və kino aktyoru, rejissor doğum günüdür. Allah uzun ömür və can sağlığı versin.

Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilmir. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim

Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Demək olar ki, hər yeni mövsümdə aktyor yeni-yeni rollar oynayıb:

Marsel ("Hamlet", Uilyam Şekspir),
Aqşin ("Od gəlini", Cəfər Cabbarlı),
Barat ("Almaz", Cəfər Cabbarlı),
Leytenant ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev),
Mikayılov ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev),
Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
Teymur ("Yastı təpə", Əkrəm Əylisli),
Valter ("Yad adam", L. Frank),
Arif ("İblis", Hüseyn Cavid),
Jan ("Dəfn edilməmiş ölülər", J.P. Sartr),
Toğrul ("Atabəylər", Nəriman Həsənzadə),
Antoni ("Kölgələrin oyunu", Y. Edlis),
Katib ("Gecə döyülən qapılar", Nəbi Xəzri),
Dulu Xaqan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə),
Vilyams ("Kəllə", Nazim Hikmət),
Qaçaq Süleyman ("Dirilən adam", İsmayıl Şıxlı) və s.
Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s.əsərlərin tamaşalarında oynayıb.1984-ci ildə Ramiz Məlik Respublika Dövlət mükafatına layiq görülüb.1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1998-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub, Prezident təqaüdçüsüdür.Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar orendinə layiq görülüb.Mükafatları
Cəfər Cabbarlı mükafatı (2010).[1]
Filmoqrafiya
1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Əlinin dostu
Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-filmi səsləndirən: Bəylər (Əbdül Mahmudov)
Araqarışdıran (film, 1987)
Aşkarsızlıq şəraitində... (film, 1986)
Atillanın atlıları (film, 2002)
Babək (film, 1979)
Bakıda küləklər əsir (film, 1974)
Bəyaz həyat (film, 2003)
Bir anın həqiqəti (film, 2003)
Bir cənub şəhərində (film, 1969)
Bircəciyim (film, 1986)
Cəza (film, 1986)
Dağıdılmış körpülər (film, 1996)
Dağlarda döyüş (film, 1967)
Dəfn edilməmiş ölülər (film, 1988)
Divar (film, 1991)
Doğma sahillər (film, 1989)
Ən vacib müsahibə (film, 1971)
Gözlə məni (film, 1980)
Günahsız Abdulla (film, 1984)
Günaydın, mələyim! (film, 2008)
Hökm (film, 1994)
İnanmırsansa... – Adil
İstanbul reysi (film, 2010)
İstintaq (film, 1979)
İstintaq davam edir (film, 1966)
İşarəni dənizdən gözləyin (film, 1986)
Kimin Sualı var?
Qanun naminə (film, 1968)
Qapalı orbit (film, 1984)
Qara gölün cəngavərləri (film, 1984)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Qatır Məmməd (film, 1974)
Qəm pəncərəsi (film, 1986)
Qəzəlxan (film, 1991)
Qu quşunun məhəbbəti (1995)
Qüdsi (film, 2007)
Mahmud və Məryəm
Məhkumlar (film, 2007)
Mən ki gözəl deyildim (film, 1968)
Nəsimi (film, 1973)
O qızı tapın (film, 1970)
Od içində (film, 1978)
Ömrün İlk Saatı (1973)
Özgə ömür (film, 1987)
Park (film, 1984)
Sevinc buxtası (film, 1977)
Səmt küləyi (film, 1973)
Son döyüş (film, 1996)
Şahid qız (film, 1990)
Şeytan göz qabağında (film, 1987)
Şərqin səhəri - Bəhruz
Taleyin qisməti beləymiş (film, 1996)
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
Tütək səsi (film, 1975)
Ulduz (film, 1964)
Ümid (film, 1995)
Yaramaz (film, 1988)
Yeddi oğul istərəm... (film, 1970)

Visiontv.az