24.010.2019
Axtar
Gündəlik
alt

Bu gün QARAÇILAR günüdür

Məkanları olmasa da günləri var-Hər il aprelin 8-də Beynəlxalq Qaraçı Günü  qeyd edilir

Bu günün tarixi  1971- ci ilə gedib çıxır. Bu ildə Londonda keçirilmiş Ümumdünya Qaraçı konqresində  məhz qaraçı günü təsis edilib. Həmin konqresdə qaraçılar öz bayraqlarını və himnlərini də seçiblər.

 

 Visiontv.az məlumat verir ki, hazırda dünyada təxminən 10 milyon qaraçı yaşayır. Onlar 6 qola — 3 qərb və 3 şərq qoluna bölünürlər, Hind-Avropa xalqlarına aid edilirlər və indiyədək formalaşmış dilləri Hind-Ari dil qrupuna daxildir. Avropada mənşəcə qaraçılarla eyni olmayan, lakin məişətləri onlara bənzəyən bir neçə başqa etnik qrup da yaşayır hal- hazırda. Qaraçıları isə bütün millətlərdən fərqləndirən ən əsas əlamət onların köçəri həyat sürməsi, dilənçiliklə pul qazanmasıdır. Əsrlər bir- birini əvəz etsə də müasirlik ənənəsi onların adətlərindən yan keçib.Tüfeyli həyat tərzi yaşayan qaraçı millətinə dünyanın hər yerində rastlanır.

 

Azərbaycanda da bir neçə min qaraçı yaşayır. Onlar əsasən dilənçiliklə pul qazanırlar.

Onlar haqqında məlumat ilk dəfə 1501-ci ildə qeydə alınıb. Qaraçıların özlərinə məxsus elə adət-ənənələri var və bunlar heç bir xalqa mənsub deyildir. Hazırda dünyada qaraçıları məşhur edən musiqisi, rəqsi və fallarıdır. Falçılarının çox vaxt həqiqətə yaxın məlumatlar əldə etməsi həmişə maraq doğurur. Onlar hipnoz etməyi də  yaxşı bilir .

 Dünyada qaraçıların ümumi sayı haqqında tam olaraq rəqəmlər göstərilmir. Bunun səbəbi də onların daim köçəri həyat tərzi sürməsidir.

Qeyd edək ki, 2012-2014-cü illərə olan qeyri-rəsmi məlumata əsasən Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır. Onlar əsasən Yevlax, Ağdaş bölgələrində əsasən yaşayırlar. 

Şərh