Bu gün MİQ-də test imtahanı mərhələsinin sonuncu günüdür
04.08.2021

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

Təhsil Nazirliyindən Visiontv.az-a verilən məlumata görə, imtahanların 21-ci günündə ibtidai sinif müəllimliyi üzrə namizədlər üçün əlavə imtahan keçirilir. İmtahanlarda 1036 namizədin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarına iyulun 5-dən start verilib. Növbəti mərhələdə namizədlər vakansiya seçimində iştirak edəcəklər.