22.011.2019
Axtar
Bürclər
alt

Bu gün bürclər nə vəd edir

Visiontv.az bu günə olan bürc yorumlarını təqdim edir.

Qoç
Bir zamanlar həyatınızda vacib rol oynamış şəxslərlə ünsiyyət baxımından əlverişli gündür. Yaxşı olar ki, maliyyə çətinliyi yaşadığınız zamanlarda dostlardan yardım istəyəsiniz. Onlar sizə borc verməklə yanaşı, pul qazanmağın yollarını da öyrədəcəklər.

Buğa
Ətrafınıza nəzər yetirin. Çünki başınız öz işlərinizə qarışıb və nəticədə rəğbət bəslədiyiniz adamla münasibətləri itirmək təhlükəsilə üzləşmisiniz. Şəhərdən kənar gəzinti üçün münasib gündür. Yeni tanışların evinə də qonaq getmək olar.

Əkizlər
Gün qeyri-adi və maraqlı məşğuliyyət üçün yararlıdır. Günün maliyyə mənzərəsinə gəlincə, pul lazım olduğu qədər olacaq, artıq gözləməyin. Ulduzlar bildirir ki, yaxın zamanlarda maddi vəziyyətinizi yaxşılaşdıracaqsınız.

Xərçəng
Yaxşı olar ki, ənənələrə sadiq qalasınız. Əgər bu günə kimi yarınızı tapmamısınızsa, onda bunu bu gün etməyə tələsməyin. Çünki macəra axtaranların tələsinə düşmək ehtimalı var.

Şir
Bu gün bütün işləri kənara qoyaraq istirahət etmək istəyəcəksiniz. Ulduzlar ən az vacib işləri reallaşdırmağı tövsiyə edir. Daha sonra isə özünüzə və sevdiklərinizə xoş anlar yaşadın. Gün ümumi və xoş rahatlıq baxımından dəyərlidir.

Qız
Gün şəxsi məsələlərlə bağlı hadisələrlə yadda qalacaq. Bürcün tənha nümayəndələrinin ətraflarına nəzər salmaları məsləhətdir. Çünki yaxşı tanlışlar arasında diqqət və məhəbbətə layiq biri var.

Tərəzi
Bu gün sizdən yalnız daxili sakitliyinizi tarazlayaraq gərginliyinizi ətrafdakılara bildirməmək tələb olunur. Xüsusilə də bu sevdiyiniz adamla münasibətlərdə əhəmiyyət kəsb edəcək. Gələcəyə planların pozulacağı qoxusu ilə deyil, nikbin baxa bilərsiniz.

Əqrəb
Ailədə fikir ayrılığı, mübahisə yaşana bilər. Bunun gələcəklə bağlı planların müzakirəsində yaşanacağı gözlənilir. Narahat olmayın, kompromissə gəlmək asan olacaq.

Oxatan
Dərhal nəticəsini ala bilməyəcəyiniz işlərlə məşğul olacaqsınız. Bu səbəbdən səbirli olun. Xırda alış-veriş üçün uğursuz gündür. Ancaq gün uzunmüddətli kredit götürmək üçün əlverişli hesab edilir.

Oğlaq
Çətin işlərdən qorxmayın, onların öhdəsindən yaxşı gələcəksiniz. Əhatənizdə elə adamlar toplaşıb ki, onlarla sevincinizi və kədərinizi paylaşa bilərsiniz. Yetər ki, siz onlardan yardım diləyəsiniz, onlar kömək əllərini uzatmağa hazırdırlar.

Dolça
Başladığınız işləri tamamlaya biləcəksiniz. Gözlədiyinizdən də əla nəticə alınacaq. Ətrafdakılar sizdən mülayim, xoş sözlər gözləyirlər. Bunu onlardan əsirgəməyin. Romantik münasibətə gəlincə, qısqanclıq və ya təlaşlanmaq üçün heç bir zəmin olmayacaq.

Balıqlar
Əgər bu gün səyahətə çıxsanız, yadda qalan təəssüratla qayıdacaqsınız. Vacibliyindən asılı olmayaraq, hansısa problemi özünüzə dərd etməyin. Ulduzlar bildirir ki, bürcün tənha mənsublarının yarları yanlarında gəzir, onlar isə bundan xəbərsizdirlər.

Şərh