23.010.2019
Axtar
Gündəlik
alt

Bu gün Beynəlxalq Talassemiya Günüdür

Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir

Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.  Bildiyimiz kimi Talassemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda rastlanır. Bir-biri ilə yaxın qohum olan gənclərin ailə qurması  da eyni zamanda gələcəkdə ağır patologiyalı, o cümlədən talassemiyalı uşaqların doğulmasına səbəb olur.

 

Talassemiya xəstəliyi  uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə - kvadrat kəllə, həmçinin dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi kimi fiziki dəyişikliklərə səbəb olur.

Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il Azərbaycanda 200-dən artıq uşaq bu xəstəliklə doğulur. AZƏRTAC xəbər verir ki, ötən il Azərbaycanda 137 talassemiya xəstəsinə əlillik və bu xəstəliyi olan 145 uşağa sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb. Cari ilin yanvar-aprel aylarında isə 70 şəxsə, o cümlədən talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi, 41 uşağa sağlamlıq imkanları məhdudluğu təyin edilib. Xəstəliyin dərəcəsindən asılı olaraq həmin şəxslərə I, II və III dərəcə əlillik təyin olunur. Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz və Göyçay rayonlarında bu xəstəliyə daha çox rast gəlinir.

 

Ölkəmizdə son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm addımlar atılıb. "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

 

 Onu da qeyd edək ki, son illərdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi istiqamətində bir sıra koəkliklər göstərillər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkiil olunur və demək olar ki,  artıq ölkəmizdə talassemiyanın  müalicəsi üçün  sümük iliyi transplantasiyası uğurla həyata keçirilir.

 

 Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə xüsusi rola malikdir. Belə ki,  əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsində sərəncamın əhəmiyyəti böyükdür.

 

 

Şərh