Bu gün “Avronest” PA-nın illik sessiyası başlayır
19.04.2021

Bu gün “Avronest” Parlament Assambleyasının 9-cu illik sessiyası başlayır.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Gürcüstan parlamentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, sessiya aprelin 19-20-də videokonfrans formatında keçiriləcək.

Sessiyaya “Avronest”in sədri Andrius Kubilius və Parlament Assambleyasının həmsədri Maka Boçorişvili sədrlik edəcək.