Bu gün Aga Musa Nağıyevin doğum günüdür
04.04.2019

Bakının iri neft maqnatı xeyriyyəçiləklə yaddaşlara qalır

Hər birimizin aglında  Ağa Musa Nağıyevi Bakı milyonçusu kimi qalıb. Yaşadığı dövrdə  Nağıyev Nobel qardaşlarından sonra Bakının iri neft maqnatları arasında ən varlı və ən mötəbəri  kimi tanınırdı. O, yük daşımaqdan (hambalçılıqdan)  başlayaraq neft maqnatı kimi tanınanadək böyük və məşəqqətli yol qət etmişdir.

Xeyirxah və nəcib insan - Musa Nağıyev 1848-ci ildə bu gün  Bakı quberniyasının Biləcəri kəndində anadan olub. Atası saman satmaqla məşğul idi. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. Atası öləndə 300 manat borcu qalır. Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpiyi olmadan 500 manat borcla ticarətə başlayır. İki ildən sonra Musa Nağıyev borcunu qaytarır və parça alverinə girişir. Beş ildən sonra 2 000 manat pul toplayır. Həmin  pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra  torpaq sahələri alaraq, neft istehsalına başlayır. Xüsusilə Bibiheybət mədənlərində neft quyularının bir-birinin ardınca fontan vurması sayəsində milyonlara sahib ola bilir. 1914-cü ilin maliyyə hesabına görə Musa Nağıyevin qızıl pulla yetmiş milyon manatı varmış. Mirasın ümumi dəyəri isə bundan qat-qat çox idi.

 

Onun tikdirdiyi 98 bina  Bakının memarlıq möhürünə çevrilib.

Nizami küçəsindəki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanındakı, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binaları, Azərbaycan prospektində yerləşən köhnə Mərkəzi Poçtun binası, Səməd Vurğun küçəsində qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və Bakının digər gözəl və əzəmətli binaları Musa Nağıyevin maliyyəsi hesabına tikilmişdi. O, həmçinin realnı məktəbinin yarımçıq qalmış üçüncü mərtəbəsinin tikinti xərcini ödəmiş, xəstəxana tikdirmiş və Bakıya Şollar suyunun çəkilməsinə xeyli vəsait qoymuşdu.

Nağıyevin yüzlərlə binası və onlarla gəmisi vardı. 1914-cü ilə qədər artıq onun varidatı yetmiş milyon rubl qızıl pul təşkil edirdi. Daşınan və daşınmaz əmlakı, bütün sərvəti isə daha yüksək məbləğdə qiymətləndirilirdi.

Bütün bunlara baxmayaraq  xalq onu xəsis biri kimi də tanıyır. Bu haqda çoxlu rəvayətlər yayılmışdır. çox qəribədir ki, xalq arasında onun xəsisliyi barədə çoxlu rəvayətlər yayılmışdı.

Musa Nağıyev 1919-cu ilin martında 67 yaşında vəfat edib.