"Bu dəfəki savaş sözün hər mənasında ermənilər üçün misilsiz fəlakət və faciə olacaq"
20.11.2019

“Nə qədər ki, türk ordusunun başı qarışıb, Naxçıvana girək, Azərbaycana hücum edək”

Visiontv.az xəbər verir ki, belə avantürist çağırışlar son günlər Ermənistan mediasında və sosial şəbəklərdə yer alıb. Görünür, 2016-cı ilin aprelində burnu ovulmuş işğalçı yenidən qan qoxusuna susayıb və Azərbaycan ordusundan alacağı sarsıdıcı zərbənin sorağındadır...

Tanınmış hərbi ekspert, keçmiş briqada komandirinin müavini, ehtiyatda olan polkovnik - leytenant  Üzeyir Cəfərov Moderator.az-a açıqlamasında deyir ki, əslində işğalçı ordunun belə bir avantüraya əl atması əli tətikdə gözləyən Azərbaycan ordusu üçün bir fürsət olardı:

"Türk ordusunun Suriya ərazisində apardığı anti-terror əməliyyatları Ermənistanda həm ciddi narahatılığa səbəb olub, həm də bədnam qonşularımızı bir balaca "cəsarətləndirib". Sirr deyil ki, ermənilərin hər zaman cani-qəlbdən dəstəklədikləri PKK-nın terror qruplaşmalarının qardaş Türkiyəyə qarşı xain hucumlarını açıq şəkildə dəstəkləyən öncül dövlətlərdən biri olublar. Ermənistan hərbi-siyası rəhbərliyi türk ordusunun əməliyyatlar zamanı terorçuların qurbanı olan Şəhidlərinə qarşı da bir çox hallarda həm rəsmi medialarında, həm də sosial şəbəkələrdə rişxənd, aşağılayıcı münasibət sərgiləməyə cəhdlər edirlər. Aydın məsələdir ki, onların bu insanlıqdan kənar hərəkətləri cavabsız qalmır və çoxsayı terrorçuların türk mehmetcikləri tərəfindən məhv edilmələri bu cür yaramazlara açıq cavabdır. Bədbəxt və bədnam qonşularımız indi də çox avantürist və axmaq bir "işin" dalınca düşüblər. Daha dəqiq desək, xəyallar qururlar. 

 

Türk ordusunun Suriyada apardığı anti-terror əməliyyatına heç cür əngəl ola bilməyən haylar öz aləmlərində fürsətcil olmaq xülyasına düşüblər. Son günlər erməni mediasında türk ordusunun Suriyadakı hərbi əməliyatlarından fürsət kimi yararlanmaqla bağlı çağırışlar, utopik səviyyəli çağırışlar  səsləndirilir. Bu binəvalar düşünürlər ki, türk ordusunun başı Suriyada anti-terror əməliyatına qarışıb və onlar fürsətdən istifadə edərək Naxçıvan ərazisinə daxil olmalı, habelə Azərbaycana qarşı yeni hücumlar təşkil etməlidir. Bu axmaq ideyanın müəllifləri onu da əsaslandırmağa cəhd edirlər ki, guya Türkiyənin əsas diqqəti Suriyadakı anti-terror əməliyyatına cəlb olunub və onlar aktiv döyüş əməliyyatları başlayacağı təqdirdə Azərbaycana lazımi maddi və mənəvi dəstəyi göstərə bilməyəcəklər. Bu yerdə, doğrudan da adamın bu "fantastik ideya "müəlliflərinə sadəcə yazığı gəlir. Bunlar əgər düşünürlərsə ki, guya biz Türkiyəyə arxalanıb nəyisə edəcəyiksə və ya etmişiksə, onlar dərindən yanılırlar. Azərbaycan Ordusu tam hazır vəziyyətdədir və onlar sadəcə göstəriş və əmr gözləyirlər. Şəxsən mən çox arzulayardım ki, ermənilər belə bir avantüraya əl atsınlar. Onlar gerçəkdən də başlarına gətiriləcək müsibətdən illərlə özlərinə gələ bilməzlər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun arsenalında olan ən müasir silah-sursat, oradakı əsgər və zabitlərimizin peşəkarlığı elə bir səviyyədədir ki, inşallah ermənilər onu da öz üzərində görəcək və hiss edəcəklər. Sadəcə buna bir balaca zaman və səbr etmək gərəkdir. Bu bədbəxt erməni avantüristləri bir dönüb öz ordularının rəhbər şəxslərinin 2016-cı ildən bu yana dəyişikliklərinə diqqət etsinlər. Müdafiə nazirlərindən tutmuş ən aşağı ranqlı komandirlərə kimi hamı ya həbsə məruz qalıblar, ya da vəzifələrindən uzaqlaşdırılıblar. Əgər bunların ağlı hələ də yerinə qayıtmayıbsa, qoy günahı özlərində və havadarlarında axtarsınlar. Bu dəfəki savaş sözün hər mənasında ermənilər üçün misilsiz fəlakət və faciə olacaq. Bunun üçün böyük hərbi savada və bacarığa malik olmaq lazım deyil. Zaman hər mənada bədnam qonşularımızın ziyanına işləyir. Onların boşboğaz çıxışları və hədyanları da çox tezliklə öz cavabını alacaq".