BSU-ya yeni rektor əvəzi təyin edildi
24.06.2021

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdir müavini Anar Nağıyev Bakı Slavyan Universitetinə rektor əvəzi təyin olunub.

Visiontv.az Axar.az-a istinadən xəbər verir ki, Anar Nağıyev 3 ay müddətində BSU-da rektor vəzifəsini icra edəcək. Rektor əvəzi bu gün universitetin kollektivinə təqdim olunacaq.

Qeyd edək ki, BSU-nun əvvəlki rektoru professor Nurlana Əliyeva idi. Prezident İlham Əliyevin iyunun 22-də imzaladığı Sərəncamla Nurlana Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edildi.