“British Airways” 800 pilotu işdən çıxarır
28.04.2020

İngiltərənin ən böyük hava yolu şirkəti olan “British Airways” koronavirus pandemiyasının vurduğu ziyana görə 800 pilotu işdən çıxarmaq barədə qərar qəbul edib.

Visiontv.az “Haber Global”a istinadən xəbər verir ki, ümumilikdə 30 minə yaxın işçinin müqaviləsinin təxirə salınacağı bildirilib.

Qeyd edək ki, “British Airways” şirkətində 4500-ə yaxın pilot fəaliyyət göstərir.