Britaniya Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımır
01.04.2020

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 31 mart tarixində Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat yayıb.

Visiontv.az-ın səfirliyə istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilib ki, Böyük Britaniya mart ayının 31-də Dağlıq Qarabağda baş tutan “seçkiləri” tanımır.

“Böyük Britaniya bir daha ATƏT-in Minsk Qrupunun sülh prosesindəki rolunu tam dəstəklədiyini bildirir və bu prosesdə Azərbaycan və Ermənistanı etimadın yaradılması və danışıqlar yolu ilə həll olunması üçün səylərini sürətləndirməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.