“Brent” markalı neftin qiyməti 2016-cı ilin yanvarından bəri ilk dəfə 28 dollardan aşağı düşdü
18.03.2020

Dünya bazarında neftin qiyməti 18 martdan azalmaqda davam edir. Koronavirus pandemiyası səbəbindən xammala tələbatın azalacağı qorxu yaradır.

Visiontv.az oxu.az-a istinadən xəbər verir ki, ICE birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,5% ucuzlaşaraq bir barel üçün 27,93 dollara düşüb. Bu, 2016-cı ilin yanvar ayından bəri minimum göstəricidir.

WTI markalı neftin qiyməti 3,93% azalaraq bir bareli 25,93 dollara enib.

Xam neft istehsalının azalması və bununla bağlı ən böyük ixracatçılarda, xüsusilə Səudiyyə Ərəbistanında satış qiymətlərinin aşağı düşməsindən sonra OPEC+ sazişinin pozulması neftin kotirovkasının enməsinə səbəb olub.