Böyük yarışın qalibi məlum oldu
28.04.2019

Böyük yarışın qalibi məlum oldu

Lüis Hemilton isə ikinci olaraq komandanın ikiqat qələbə qazanmasına səbəb oldu

Bakıda keçirilən SOCAR Azərbaycan Qran Prisinə yekun vurulub. Sputnik Azərbaycan xəbər verir ki, yarışın lideri olan “Mercedes” komandasının pilotu Valtteri Bottas sona kimi liderliyini qoruyub saxlaya bildi və yarışın qalibi oldu.

Onun komanda yoldaşı Lüis Hemilton isə ikinci olaraq komandanın ikiqat qələbə qazanmasına səbəb oldu. Üçüncü yeri “Ferrari” komandasının pilotu Sebastyan Fettel tutaraq kürsüyə çıxıb.

Qeyd edək ki, "Mercedes" komandası 4 dəfə ard-arda qalib gəldiyi üçün Formula 1 tarixinə düşüb.