Böyük Britaniya Omicron ştammına qarşı dünyada ilk peyvəndi təsdiqləyib
Böyük Britaniya Omicron ştammına qarşı dünyada ilk peyvəndi təsdiqləyib
16.08.2022 MEDİA Tərəfindən

Böyük Britaniya koronavirusun Omicron ştamına qarşı peyvəndi təsdiqləyib. Bu barədə Britaniya Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) məlumat yayıb.

Dərman Amerikanın Moderna şirkəti tərəfindən hazırlanıb. Bu, bivalent peyvənddir, yəni onun dozasının yarısı koronavirusun orijinal ştamına, digər yarısı isə Omicron-a yönəldilir. Böyüklər üçün gücləndirici doza kimi istifadə edilməsi planlaşdırılır.

Klinik sınaqlar göstərdi ki, bivalent peyvənd Omicron ştammının bir neçə variantına (BA.4 və BA.5) immun reaksiya yaradır və onun əlavə təsirləri ilkin Moderna koronavirus peyvəndi ilə eynidir..

Dərman Komissiyasının rəhbəri Munir Pirmohamed, "Yeni bivalent peyvənd, orijinal peyvənddən daha geniş immunitet reaksiyası yarada bildiyi üçün, koronavirusla mübarizə üçün dərmanların hazırlanmasında növbəti addımdır.

The Guardian-ın qeyd etdiyi kimi, Böyük Britaniya Omicrona qarşı bivalent peyvəndi təsdiqləyən ilk ölkədir.

visiontv.az