“Bona Dea”: “İctimaiyyətin əsassız qınaqları bizi sarsıtdı”
30.06.2020

“Xəstəyə qanaxma çox olduğu üçün 57 paket qan köçürülüb”.

Visiontv.az xəbər verir ki, bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, xəstənin vəziyyəti nəzərə alınaraq sadəcə istifadə edilən dərman, qan kütlələrinin pulu qeydə alınıb:

“Biz qətiyyən xəstəyə görə pul götürməmişik. Xəstəyə qanaxma çox olduğu üçün qan kütləsi də çox köçürülüb. Belə fikirlərin formalaşması sabah bu və digər ağır vəziyyətdə olan xəstələrin tibb müəssisələrinə qəbul edilməsinə də mane olacaq.

Çünki pasiyentin yaşama şansı varsa, biz onu qəbul etməyə bilməzdik. Baxmayaraq ki, ölüm riski çox idi. İctimaiyyətin əsassız qınaqları bizi sarsıtdı, həkimlərin növbəti bu cür fakt qarşısında tərəddüd etmələrinə zəmin yarandı”.

oxu.az