Bolqarıstandan qovulan rusiyalı diplomat-cəsuslar: Onlar bu ölkədə Azərbaycanın əleyhinə çalışıblar
Bolqarıstandan qovulan rusiyalı diplomat-cəsuslar: Onlar bu ölkədə Azərbaycanın əleyhinə çalışıblar
01.07.2022 MEDİA Tərəfindən

Rusiya-Bolqarıstan münasibətləri gərginləşib.

Çünki Bolqarıstan hökuməti Rusiya səfirliyinin 70 diplomatını ölkədən qovub. Həmin diplomatlar əslində kəşfiyyatçı idilər, məqsədləri çalışdıqları ölkədə məxfi məlumatlar toplamaq, Bolqarıstanın Qərb ölkələri ilə münasibətlərini pozmaq idi. Bolqarıstanda fəaliyyət göstərən rusiyalı xəfiyyələrin və onların təsiri altında olan bir sıra bolqar məmurun Azərbaycan əleyhinə çalışdığını da vurğulamaq mümkündür. Rusiyanın “Qazprom” şirkəti və onun Bolqarıstandakı təsir qrupları əllərindən gələni edirdilər ki, Sofiya Azərbaycan qazının nəqli ilə bağlı qərar verməsin, Dövlət Neft Şirkəti bu ölkədə qazpaylayıcı şəbəkəsinin səhmlərinə yiyələnməsin. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Moskvanın Bolqarıstandakı mövqelərini zəiflətdi və Sofiya Azərbaycanla enerji əməkdaşlığını genişləndirməyə qərar verdi.

Elxan Şahinoğlu

visiontv.az