BMU TEC “Qış Layihə Yarışması”na start verib
07.12.2021

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyəti (TEC) “Qış Layihə Yarışması”na start verib.

29 dekabr 2021-ci il tarixində baş tutacaq yarışmaya universitet və orta məktəblərdən komandalar öz elmi layihələri ilə qatıla bilərlər. İştirakçılar, həmçinin elmi yeniliklər, kəşflər, ixtiralar, tədqiqat nəticələri və ya maraqlı olduğunu düşündükləri istənilən elmi mövzuda təqdimatla çıxış etmək imkanına malikdirlər.

Layihələr münsiflər tərəfindən dəyərləndiriləcək.  

Qeydiyyat üçün son tarix 17 dekabr 2021-ci ildir.

Məlumat üçün bildirək ki, hər universitet və ya məktəbdən bir neçə komanda yarışa qoşulmaq üçün müraciət edə bilər. İştirak edəcək komandadan bir nəfərin qeydiyyat formasını doldurması yetərlidir.

Visiontv.az