BMT Təhlükəsizlik Şurasında birlik yoxdu: İnanmıram Azərbaycana qarşı qətnamə qəbul olunsun
BMT Təhlükəsizlik Şurasında birlik yoxdu: İnanmıram Azərbaycana qarşı qətnamə qəbul olunsun
13.09.2022 MEDİA Tərəfindən

Fransanın ermənilərə görə BMT Təhlükəsilik Şurasına müraciəti Azərbaycan üçün hansı problemlər yarada bilər? Qarabağ savaşında olduğu kimi İngiltərə bu təklifə veto qoya bilərmi? Hal-hazırda politoloqları düşündürən bu suallara bir mənalı cavab yoxdur. Deyilən fikirlər arasında Fransanın bu addımını dramatikləşdirənlərdə var. Amma politoloq Fikrət Sadıqov Visiontv.az saytına açıqlamasında bu məsələnin Azərbaycan üçün elə də ciddi problem yaratmayacağını bildirdi:

"Fransanın Ermənistanı dəstəkləmək siyasəti bəllidir. Hətta 44 günlük müharibə zamanı demək olar ki, Fransa konkret olaraq ermənilərin yanında idi. Diplomatik müstəvidə onları müdafiə edirdi. Hətta Fransa parlamenti Qarabağla bağlı qətnamə qəbul elədi.
Amma bu heç də o demək deyil ki, oxşar bir qətnamə BMT-nin Təhlükəsizlik Şurasında qəbul oluna bilər. Əvvəla orda hal-hazırda birlik yoxdu. Təhlükəsizlik şurasının 5 daimi üzvü Rusiya - ABŞ və Rusiya - Fransa arasında müəyyən diplomatik və siyasi gərginlik də var.
Əminəm ki, bu faktor da müəyyən qərarların qəbul olunmasına öz təsirini göstərəcəkdir. Lakin indiki halda elə bir ciddi qərar və ya qətnamə  gözlənilmir.
 İndi ən pis halda müəyyən bir müraciət qəbul edə bilərlər. Bu müraciətdə hər iki tərəfi sülh şəraitində danışıqlara dəvət gözləniləndir. Artıq bunu ABŞ -ın Dövlət Departamenti də etdi. Yəni  ABŞ -ın Dövlət Departamenti belə bir çağırışla çıxış edirsə demək ki, ABŞ-ın mövqeyi bəllidir.
 Düşünmürəm ki, İngiltərə hər hansısa veto qoyacaq. Nəzərə alsaq ki, İngilitərə bizi müdafiə edən aparıcı dövlətlərdən biridir. Amma hər halda bizim müttəfiqimiz deyil. Əminəm ki, belə bir şəraitdə təbii ki, Fransa - Azərbaycan münasibətləri müəyyən dərəcədə gərginləşsin.
Aparıcı xarici dövlətlərlə düşmənçilik etmək bizim xarici siyasətimizə ziddir.  Hər halda biz onsuz da Fransanın siyasi istiqamətlərini bilirik. Onu da bilirik ki, Fransanın ermənilərə münasibəti hansı səviyyədədir. Biz bundan təbii ki, nəticə çıxarmalıyıq. Beləliklə öz xarici siyasət istiqamətlərimizdə müəyyən düzəliş edə biləcəyik".

Bünyamin Bünyadzadə

visiontv.az