Blinken Azərbaycan və Ermənistanın tezliklə sülhlə bağlı razılığa gələ biləcəyini açıqlayıb
23.03.2023

Azərbaycan və Ermənistan tezliklə sülh sazişi əldə edə bilər.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış zamanı bildirib."Mən hesab edirəm ki, bir fürsət yaranıb. Onu şişirtmək istəmirəm. Lakin sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən bir fürsət var", - deyə Blinken bildirib.