Bizim XİN-in başçısı Ermənistana maraqlı və uğurlu bir təklifdə bulunub - Bəybala Mirzəyev
Bizim XİN-in başçısı Ermənistana maraqlı və uğurlu bir təklifdə bulunub - Bəybala Mirzəyev
30.06.2021 Bəybala Mirzəyev Tərəfindən

Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, "Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir".

Lakin Ermənistan adlı şər ölkəsindən bu təklifə müsbət cavab veriləcəyi elə də inandırıcı görünmür.

Birincisi ona görə ki, hazırda Ermənistanın Xarici İşlər Nazirliyi yiyəsizdir, bayquş yuvası kimi boş qalıb. Artıq bir neçə həftədir ki, Ermənistanın nə Xarici işlər naziri var, nədəki nazir müavinləri var. Başda Ara Ayvazyan olmaqla hamısı istefaya gedib.

İkinci səbəb isə birincidən də qat-qat ciddidir. Və bunu Ceyhun Bayramov da qeyd edib. O bildirib ki, Ermənistanda revanşist ritorika, Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur: "Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır".

Nifrət və qisasçılıq hissi (revanşizm) bu saat ermənilərin gözünü elə kor edib ki, onlar Azərbaycanın davamlı olaraq sülhə çağırışlarını, əməkdaşlıq təkliflərini düzgün dəyərləndirə bilmirlər.

Amma Ermənistanın hazırki hərbi-siyasi rəhbərliyində normal, adekvat şəxslər varsa, onlar Ceyhun Bayramovun bu təklifindən necə deyərlər, dörd əllə yapışmalıdırlar. Axı üçüncü tərəfin (Rusiyanın və ya Fransanın) iştirakı, müdaxiləsi olmadan Azərbaycan ilə

Ermənistanın sərhəd məsələlərini öz aralarımda çözməsi əslində rəsmi İrəvanın da maraqlarına uyğundur.

İndi baxaq görək Ermənistan hakimiyyətində həqiqətən də normal, kompetent şəxslər varmı...

Visiontv.az