Bizim məqsədimiz Rusiyanın Ukraynada qələbəsinin qarşısını almaqdır - Fransa XİN
23.05.2022

Fransa Rusiya prezidenti Vladimir Putini müharibə qızışdıran tərəf kimi qəbul edir. Ona görə də elə edəcəyik ki, Rusiya Ukraynaya qarşı müharibədə qalib gəlməsin.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Klement Bonun “Europe1” telekanalına açıqlamasında deyib:

"Fransanın məqsədi Ukraynada Rusiyanın qələbəsinin qarşısını almaq və Ukraynanı rus qoşunlarından azad etməkdir. Müharibə aparan cənab Putindir. Biz özümüz döyüşmədən Ukraynanı vəsaitlə təmin edirik ki, təcavüzə qarşı dayana bilsin. Onlar Rusiyanı müharibəyə təhrik etməyiblər. Onlar suveren dövlət kimi işğalçı ölkədən qurtulmağa çalışırlar”.

Xatırladaq ki, mayın əvvəlində Fransa Ukraynaya dəyəri 200 min avro olan 15-ci humanitar karvan göndərib.

Əli Əliyev

visiontv.az