Bir var sənətindən pul qazan, bir də var kimlərdənsə-aktrisa Könül Yusifqızı
02.07.2020

Elə böyuk arzularla İncəsənət Universitetinə qəbul olundum…

Halbu ki, topladığım yüksək balla huquqa, beynəlxalq münasibətlərə girə bilərdim. Ailəmin təpkisinə baxmayaraq ən yüksək ballarımı incəsənətə qurban verdim. Özüdə tək ballarımı yox…

O zaman indiki kimi deyildi, hər yerindən duran aktrisa olsun. Amma mən oldum...
Əcaba mən, bu cür aktrisalığı arzulamışdım???

Uzaqlara getmirəm. Elə götürək yaxın qardaş saydığımız Turkiyənin aktrisalarını, aktyorlarını. Baxıb məyyus oluram. Nə qədər ucada tutulur.., nə qədər yuksək dəyər verilir...

Cəmiyyət qurur duyur öz aktyor və aktrisaları ilə...

Fəxri ad onlara heç lazım da olmur. Xalqın, cəmiyyətin sevgisi kifayət edir...

Hətta intim səhnələrə cəkilənlər belə ən yüsək məqama layiq görülür...
Ya bizdə???
Nə var bizdə???

Bir zamanlar sevə-sevə secdiyim, butun nəslimə qarşı gedərək, arzuma catdığım - aktrisa adının indi dəyəri qara qəpiyədə dəymir. Bizdə bu ad daha əvvəlki kimi qiymətli, dəyərli, şərəfli deyil...

İncəsənət... nə qədər ucuzlaşıb... və yaxud ucuzlaşdırılıb…

Hərdən aktrisa olduğum üçün peşman oluram. Axi paralel basqa universitetə də qəbul olunmuşdum.

Kaş ki, gedəydim…

Bəs arzum???

Bəs sevdiyim sənətim???

Biz özumuzu sevmirik… bəli, bəli sevmirik…

“Aşki Məmnu” serialında Behlulla Bihterin sevişmə səhnəsinə baxıb arvadlı- kişili ağlayan cəmiyyətimiz öz sevgisini bəyənmir, qəbul etmir.

Çünki nə ssenaristlər yaza bilir, nə rejissorlar cəkə bilir, nə də aktyorlar oynaya bilir...

Qonarardan isə söz açmaq belə gülüş doğurur.

Məmləkətin süründürülən incəsənəti, aktyor və aktrisalarıda özüylə süründürür. Nə peşə fəailiyyətini artıra bilir, nə xaricə kino, teatr məktəblərinə gedib masterklass ala bilir, nə əlavə kurslara gedir... yerində sürünür…

...Və təəsuf bir omur bu cür yaşıyırıq.

2 nəsildir ki, ürəyi istəyəni yazib, cəkib, oynayıb ortaya qoya bilmirik.

Niyə???

Sevmirik… özumuzu sevmirik.

Aktrisa... Nurgil Yaşılcay, Bərrən Saat, Serenay Sarıkaya, Kvanc Tatlıtuq, Oktay Kaynarca da deyir aktyoram, aktrisayam biz də deyirik???.

Hələ o Ancilina Culi, Monika Belluci, Culiya Robertsi, Bred Pit, Al Paçino, Robert Denironu demirəm…

Bizim onlardan istedad baxımından hec bir əskikliyimiz yoxdur…

Bircə əskikliyimiz var…

O da cəmiyyətin bizə verə bilmədiyi MƏNƏVİ DƏYƏR-SEVGİ…

Əziyyətimizə verə bilmədiyi maddi DƏYƏR-PUL...

Bir var sənətindən pul qazan, bir də var kimlərdənsə pul qazan.

Fərq yenə də boyükdür....

Ömur isə kecir....

Bəlkə yanlış yerdə və yalniş zamanda doğulmuşam...

Amma nə zamanı, nə məkanı ayarlamaq məndən asılı ollmadığı ucun, yaşamalı olduğum həyatı yaşamağa məcburam.

Visiontv.az