Bir terrorçunu belə həbsdə saxlaya bilməyən ölkə...
Bir terrorçunu belə həbsdə saxlaya bilməyən ölkə...
05.05.2022 Bəybala Mirzəyev Tərəfindən

Söhbət Ermənistandan və bu gün İrəvanda saxlanılaraq, az sonra sərbəst buraxılan ASALA terrorçusu Ambik Sasunyandan gedir.

Sasunyan İrəvanda baş nazir Nikol Paşinyana qarşı aksiyalara qoşulduğuna görə küçədə saxlanılaraq, polis bölməsinə aparılıbmış. Lakin az sonra bu qatili buraxıblar. Və o da sərbəst buraxılan kimi Nikol Paşinyanın əleyhinə açıqlamalar verib

Bəs, bu Ambik Sasunyan kimdir?

Sasunyan peşəkar terrorçudur və qatı türk düşmənidir. Bu qatil 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ABŞ hökuməti tərəfindən ömürlük həbs cəzasına məhkum edilmişdi.

Lakin 2002-ci ildə ABŞ-ın Federal Məhkəməsi ona 25 il həbsdə yatdıqdan sonra, 2009-cu ildə azadlığa çıxmaq üçün ərizə vermək imkanı yaratdı.

Terrorçu 2021-ci ilin oktyabrında azadlığa buraxılıb və az sonra Ermənistana köçüb.

Elə bu faktın özü də bir daha onu göstərir ki, Ermənistan terrorçulara qucaq açan, terrorizmi bəsləyən ölkələrin başında gəlir.

Bəybala Mirzəyev

Visiontv.az