Bir gecədə 4 min dollar QAZANMAQ ŞANSI – Kilosu 600 dollaradır – VİDEO
12.07.2019

Son günlər Türkiyədə turistlərin ən çox maraq göstərdiyi dəniz badımcanı adlanan canlısı ovlanır.

İzmirdə balıqçılar icazəsiz bu canlını kütləvi şəkildə ovlayırlar.

Balıqçılar bu canlını ovlayaraq xaricə aparırlar. Yüksək proteinə malik olan bu canlıdan ən çox idmançılar istifadə edirlər.

Türkiyədə 150 dollara satılan məhsul Çin və Yaponiyada 600 dollara satılır.

Dəniz badımcanını ovlayan balıqçılar bir gecədə 4 min dollara yaxın pul qazanırlar.