Bir dönəmin sonu...
Bir dönəmin sonu...
31.07.2022 Bəybala Mirzəyev Tərəfindən

Qonşu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vaxtilə özünün yaratdığı Vahid Milli Hərəkat Partiyasından istefa verməyə və ümumiyyətlə, siyasətdən getməyə hazırlaşır.

Onun siyasi mühiti tərk etmək istəməsinin əsas səbəbi kimi son vaxtlar səhhətində ciddi problemlərin yaranması amili göstərilir. 

Aktiv həyat tərzinə öyrəşmiş belə bir insan üçün məhbəsdə yaşamaq şübhəsiz ki, təsirsiz ötüşməyəcəkdi. Məhbəs həyatı onun sağlamlığına öz ağır, mənfi təsirini göstərdi. 

Mixail Saakaşvili yeni nəsil siyasətçilərin ən parlaq nümayəndələrindən biri idi. O, idealist amallarla yaşayırdı və bütün varlığı ilə bağlı olduğu həm Gürcüstanın, həm də Ukraynanın Rusiyanın imperiya caynaqlarından qurtulub, sivil dünyanın bir parçasına çevrilməsinə can atırdı.

Bəybala Mirzəyev

Visiontv.az